Rusiyada uşaqpulunu qaldırırlar

Dmitry Medvedev

Rusiyada aztəminatlı ailələrə 1,5-3 yaşlı uşaqlar üçün verilən müavinət 50 rubldan 10 min rubla qaldırılacaq. Açıqlamanı Baş naziri Dmitriy Medvedev verib.

“İnterfax” agentliyi Medvedevə istinadla yazır ki, yaş yarımlıqdan 3 yaşadək uşaqlara görə bundan sona aya 50 rubl deyil, 10 min rubl veriləcək.

10 min rubl indiki məzənnəylə 158 dollara bərabərdir.

Baş nazir əlilliyi olan uşaqlara görə dekretə çıxmış valideynlərə ödənişin də qaldırılacağını söyləyib. Bu addım iyulun 1-dən qüvvəyə minəcək.

50 rublluq müavinət 1994-cü ildə təyin olunub, o vaxtdan dəyişməyib.

Bu müavinətin qaldırılması məsələsi iyunun 20-də Prezident Vladimir Putin-lə “Birbaşa xətt” proqramında qaldırılmışdı. Prezident uşaqpulunun yaşayış minimumu səviyyəsinə çatdırılacağını vəd edib.