Keçmiş prezident vəfat edib

Momir Bulatovic

Monteneqronun keçmiş Yuqoslaviyadan ayrılan zaman prezidenti olmuş Momir Bulatovic 62 yaşında vəfat edib.

O, iyunun 30-da Podqoritsa yaxınlığındakı evində dünyasını dəyişib. Yaxın dostu Milan Knezevic keçmiş prezidentin ürək tutmasından vəfat etdiyini deyib.

Bulatovic 1990-1998-ci illərdə Montebeqronun prezidenti olub.

O, Serbiyanın ovaxtkı prezidenti Slobodan Milosevic-in dostu idi. Milosevic 1990-cı illərin əvvəllərində Yuqoslaviya federasiyasının parçalanmasından öncəki etnik müharibələrin əsas qızışdırıcısı hesab olunur.

Bulatovic Monteneqronun hakim Sosialistlərin demokratik Partiyasını ölkəni uzun müddət idarə etmiş Milo Djukanovic-lə birlikdə təsis edib.

Ancaq Djukanovic sonradan Milosevic-dən üz çevirib, Monteneqronun 2006-cı ildə müstəqillik əldə etməsinə töhfəsini verib.