Trump: Əfqanıstan ‘terrorçular üçün laboratoriya’dır

Donald Trump

ABŞ Prezidenti Donald Trump Əfqanıstanı “terrorçular üçün laboratoriya” adlandırıb. O, televiziya müsahibəsində deyib ki, əgər Birləşmiş Ştatlar bu ölkədən hərbi qüvvələrini çıxarsa, arxada yenə də “çox güclü kəşfiyyat” qoyub gedəcək.

“Buranı terrorçular üçün Harvard adlandırıram”, – Trump Əfqanıstan barədə deyib.

Trump Fox News-a müsahibəni həftəsonu verib və iyulun 1-də yayınlanıb. Müsahibə yazılmazdan öncə Taliban yaraqlıları Kabildə yük maşınına qoyulmuş bomba partladı, azı 6 nəfər həlak olub, 105 nəfər yaralanıb.

İyulun 1-də ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad Qətərdə Taliban təmsilçiləri ilə sülh danışıqlarının yeddinci raundunu keçib. Danışıqlarda əsas müzakirə mövzusu Talibanın xarici qüvvələrin Əfqanıstandan çıxması tələbidir. ABŞ isə bunun əvəzində Əfqanıstandan heç bir yerə hücum olunmayacağına zəmanət istəyir.

Trump Fox News-a deyib ki, ABŞ əsgərlərini Əfqanıstandan çıxarmaq istəyir. Ancaq o belə bir narahatlığını dilə gətirib ki, ABŞ-ın hərbi qüvvələri olmasa, Əfqanıstandan Birləşmiş Ştatlara terror hücumları üçün baza kimi istifadə oluna bilər.