Rusiya fəalların etiraz hüququnu ‘pozub’

Rusiyada etiraz, arxiv fotosu

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyanın doqquz fəala 75 min avro (84 min 900 dollar) ödəməli olması barədə qərar çıxarıb. Həmin fəallar 2006, 2007 və 2010-cu illərdə etiraz aksiyalarında saxlanıblar.

Məhkəmənin iyulun 2-də çıxardığı qərarda deyilir ki, Rusiya hakimiyyəti Avropa İnsan Haqları Konvensiyasının 11-ci maddəsini pozub. Həmin maddədə sərbəst toplaşma azadlığı nəzərdə tutulub.

Strasburqda mənzillənən məhkəmə konvensiyanın 13-cü maddəsinin də pozulduğunu, fəalların sərbəst toplaşma azadlığının pozulması iddialarının səmərəli araşdırılmadığını bildirir.

İddia ərizəsinin təqdim edənlər sırasında tanınmış insan haqları fəalları Lev Ponomaryov, Mikhail KrigerMikhail Shneider var.

Tənqidçilər 1999-cu ildən Rusiyanın prezidenti, yaxud baş naziri olmuş Vladimir Putini narazıları susdurmaqdan ötrü polis və məhkəmələrdən istifadə etməkdə ittiham edirlər.