Suriyaya neft daşıdığı bildirilən tanker saxlanıb

Cəbbərültariq boğazı

Cəbbərültariq hakimiyyəti Avropa Birliyi sanksiyalarını pozaraq Suriyaya xam neft daşımaqda şübhəli bilinən neft tankerini saxlayıb.

Britaniyanın məxsus ərazinin hökuməti “Grace 1” adlı supertankerin iyulun 1-də saxlandığını bildirib.

Gəminin Suriyanın Banias emal zavoduna neft daşımasından şübhələnirlər. Bu zavod AB-nin sanksiyaları altındadır.

Tanker nəqliyyatını izləyən Refinitiv Eikon-un məlumatına görə, neft İrandan gedib. Məlumatı “Reuters” agentliyi yayıb.

Əgər tankerin İran neftini daşıdığı təsdiqlənərsə, bu, ABŞ-ın İranın neft ixracına sanksiyaların da pozulması deməkdir.

“Grace 1” 300 min tonluq, Panama bayrağı ilə üzən tankerdir, Sinqapura məxsus şirkət tərəfindən idarə olunur.

İran Rusiyayla birlikdə Suriya Prezidenti Bashar al-Assad-ı dəstəkləyir. Suriyada vətəndaş müharibəsi doqquzuncu ilə keçib.

2011-ci ilin martından bu ölkədə 370 mindən çox adam öldürülüb, milyonlarla adam evindən didərgin düşüb.