Polşa AB-ni tənqid edir

Ukrayna Prezidenti Volodymyr Zelensky (solda) və Andrzej Duda

Polşa Prezidenti Andrzej Duda Avropa Birliyini (AB) Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarını yubatdığına görə tənqid edib, bloku Balkan ölkələrinə AB üzvlüyünə aydın yol təklif etməyə çağırıb.

Balkan ölkələrindən “finiş xəttini görə bilmədikləri” yarışmada iştirak istənilməməlidir, Duda iyulun 5-də Polşanın Poznan şəhərində keçirilən Qərbi Balkan sammitində deyib.

Onun sözlərinə görə, hər iki ölkə bloka qoşulmaq şanslarının artırılmasından ötrü “çətin islahatlar”dan keçiblər.

Ötən ay AB üzvləri bu iki ölkəylə üzvlük danışıqlarına başlamaq qərarını oktyabradək ertələyiblər. Səbəb Fransa və Niderland daxil bəzi üzvlərin buna qarşı çıxmasıdır.

AB-yə qoşulmaq istəyən digər dörd Qərbi Balkan ölkəsi Bosniya-Herseqovina, Serbiya, Monteneqro və Kosovodur.

Fransa Prezidenti Emmanuel Macron bu həftənin əvvəlində deyib ki, AB-nin mövcud üzvləri arasında razılaşma əldə etməyə çalışdığı bir dönəmdə blokun daha da genişlənməsinə qarşıdır.

AB-nin genişlənməsinə tərəfdar olanlar isə bu halda regionun Rusiya və Çinin artan nüfuzuna qarşı daha da möhkəmlənəcəyi əsas gətirirlər.