Qiymət artımını önləmək mümkündür ?

Natig Jafarli

“Ölkədə süni qiymət arıtmı mümkündür və ilk nəticədə bu inhisarın nəticəsi kimi ortaya çıxır”, - deputat Fazil Mustafa sosial islahatların icrası zamanı bazara daha çox pul kütləsinin daxil olması nəticəsində mümkün qiymət artımından danışarkən belə deyir.

O hesab edir ki, bu ilk növbədə prezident İlham Əliyevin apardığı sosial islahatların səmərəsini azalda bilər: “Maaş, minimum əmək haqqı və pensiyaların artırılmasında məqsəd əhalinin daha yaxşı sosial vəziyyətə sahib olmasıdır. Amma müşahidə edilən qiymət artımı buna imkan vermək istəmir. Firkimcə, bu vəziyyətə qarşı mübarizə aparan aidiyyatı dövlət qurumları var ki, çevik fəaliyyətə keçərək buna qarşı çevik addımlar atmalıdır”.

İqtisadçi-eskpert Natiq Cəfərli isə hesab edir ki, bazar iqtisadiyyatı olan ölkələrdə süni qiymət artımından danışmaq olmaz, süni qiymət artımı sovet dönəmindən qalma düşüncə tərzidir, indi bazarı tələb-təklif nisbəti müəyyən edir.

“Sağlam rəqabət mühiti varsa, bazarda çoxsaylı mal çeşidi varsa, tələb-təklif qiyməti müəyyən edəcək, yox əgər, bu sağlam mühit yoxdursa, qiymət artımı baş verirsə, deməli bazarda inhisar var. İnhisar isə pərakəndə satışda yox, topdansatış bazalarında olur. Bu nöqtələr də adətən yüksək rütbəli məmrulara bağlıdır”.

İqtisadçının sözlərinə görə, indi dövriyyədə manat kütləsinin həcmi artır, hazırda dövriyyədə manat kütləsi 19% artıb və bu artımla əlaqəli, üstəlik payızda minimum əmək haqlarının, pensiyaların artması ilə bağlı bazara daha çox pul kütləsi daxil olacaq. Qiymət artımı o zaman daha çox hiss ediləcək.

Dövlət baçısı İlham Əliyev iyunun 18-də imzaladığı fərmanlarla minimum əmək haqaı 250 manata, minimum pensiyalar 200 manata qaldırılıb. Fərmanda göstrəilənlər oktyabrda qüvvəyə minəcək.