Putin Gürcüstana sanksiyalar qoyulmasının əleyhinədir

Rusiya prezidenti Vladimir Putin Gürcüstana sanksiyalar qoyulmasına dair parlament çağırışından imtina edib.

O deyib ki, korlanmış münasibətlərin qaydaya salınması “zibillərin” təxribatına reaksiya verməkdən daha mühümdür.

İyulun 9-da Sankt Peterburqda müxbirlər qarşısında danışan Putin deyib ki, “biz Gürcüstana qarşı sanksiyalardan Gürcü xalqınna olan ehtiramımıza görə çəkinməliyik”.

Prezident bildirib ki, o iki ölkə arasında münasibətləri korlayan heç bir addım atmayacaq.

Ona qarşı Gürcüstan televiziyasında səslənmiş şəxsi təhqir məsələsinə işarə edən Putin deyib ki, “bəzi zibillərin” qaraqışqırığını ciddi müzakirə etməyə dəyməz.

***

Rustavi-2 jurnalisti işdən kənarlaşdırıb

Gürcüstanın Rustavi-2 müxalifət telekanalı jurnalist Georgi Gabunia-nı iki aylığa işdən kənarlaşdırıb. Səbəb jurnalistin Rusiya Prezidenti Vladimir Putini rusca çıxışında təhqir etməsidir.

Rustavi 2 telekanalının qarşısında

İyulun 8-də Rustavi-2 yayımı altı saatlığa dayandırıb. Bu addım telekanalın efirində Rusiya prezidentinin ünvanına nalayiq sözlərin işlədilməsinə etiraz edənlərin tələblərinə cavab olaraq atılıb.

***Buna da bax: Duma deputatları Putini söyən gürcü aparıcının Rusiyaya ekstradisyasını istəyirlər

Gürcüstan prezidenti, baş naziri jurnalistin çıxışını tənqid edib. Jurnalist Etikası üzrə Gürcüstan Xartiyası isə Gabunia-nın çıxışını “qeyri-etik davranış” adlandırıb, cəmiyyətə inamı, bütün jurnalistlərə hörməti sarsıtdığını bildirib.

Bu arada Tbilisidə Rustavi-2 telekanalına qarşı etirazlar davam edir. Etirazçılar Georgi Gabunia-nın, telekanal rəhbəri Nicolos Gvaramia-nın istefasını tələb edirlər.

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili aparıcının hərəkətini “zövqsüz və düşünülməmiş hücum” adlandırıb.