Köhnə liftlərin dəyişdirilməsinə başlanıldı

Lift

Bakı Şəhər «Lifttəmir» İstehsalat Birliyi paytaxtda çoxmənzilli binaların liftlərinin dəyişdirilməsi layihəsinə start verib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirirlər.

Hazırda 63 ədəd lift gətirildiyi və paytaxtın Nizami rayonunda quraşdırılmasına başlandığı deyilir.

BŞİH-dən verilən məlumata görə, bu ilin sonuna kimi paytaxta 542 liftin gətirilməsi nəzərdə tutulur, liftlərin hər biri təqribən 12 min dollara başa gəlir.

Bakı Şəhər «Lifttəmir» İstehsalat Birliyi bu layihəni reallaşdırmaq üçün Almaniyanın «Wittur Holding GMBH» şirkəti ilə müqavilə imzalayıb, bağlanan müqavilələr və görülən işlərə BŞİH nəzarət etməlidir.