ABŞ Dövlət Departamenti Tayvana 2,2 milyard dollar dəyərində silah satışını təsdiqləyib.
Ümumilikdə, Tayvan 108 “Abrahams” tankı, 250 “Stinger” daşınan zenit-raket kompleksi və hərbi avadanlıq əldə edəcək.
Ötən ay Çinin Xarici İşlər Nazirliyi Vaşinqtonu bu razılaşmadan əl çəkməyə çağırmış, onu “ziyanlı” adlandırmış, Çin-Amerika münasibətlərinə təsir göstərəcəyini demişdi.
Pekin Tayvanı üsyançı əyalət sayır, onun qaytarılmasından ötrü hərbi daxil istənilən vasitəni istisna etmir.
Nazirlik təmsilçisi ABŞ-a “Vahid Çin” siyasətinə əməl etməyin vacibliyini xatırladıb, yəni rəsmi münasibətlər Taybey ilə deyil, Pekinlə qurulmalıdır.
ABŞ Tayvanı müstəqil dövlət kimi tanımır, ancaq de-fakto onun hakimiyyəti ilə sıx münasibət saxlayır.