Belarus Çindən 600 milyon dollar borc almaqla bağlı danışıqları yekunlaşdırıb. Bu məbləğ Rusiyanın borcunun ödənməsinə yönəldiləcək. Məlumatı Rusiya Maliyyə nazirinin müavini Andrey Byalkavets verib.
“Rusiyadan daha bir kredit almağı planlaşdırırdıq, ancaq çinli tərəfdaşlarımızın timsalında alternativ tapdığımızdan məsələni ertələdik”, – Byalkavets iyulun 9-da deyib.
Bu bəyanatdan bir neçə həftə öncə Maliyyə naziri Maksim Ermalovich deyirdi ki, ölkəsi ikitərəfli münasibətlərdə artan ziddiyyətlərdən dolayı Rusiyadan fərqli bir ölkədən borc almaq istəyir.
Rusiya illərdir Belarusa kredit ayırır və Minsk Moskvaya böyük məbləğlər borcludur.
Rusiyanın Maliyyə naziri Anton Siluanov apreldə deyib ki, Moskva Belarusa borc verməyə hazırdır. Ancaq sonradan Kremlin sözçüsü Dmitry Peskov bu bəyanata zidd danışdı, Minskin fevralda etdiyi müraciətə hələ də baxıldığını söylədi.