ETSN-dən hava xəbərdarlığı

Bakı

Həftəsonu hava şəraiti iyul ayı üçün nisbətən sərin keçəcək, iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyi güclənəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər.

İyulun 13-14-də güclü külək əsəcəyi gözlənir, küləyin maksimal sürətinin saniyədə 23-28 metr olacağı proqnozlaşdırılır.

«Havanın temperaturu bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək 28-32 dərəcədən yüksək olmayacaq. Bu da regionun yay fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər», - departament bildirir.

Ölkənin rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var, dağ çaylarında sululuğun artacağı gözlənilir.