Dağlara dolu düşəcək

Dolu yağıb

İyulun 15-də, bazar ertəsi Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Havanın temperaturu gecə 18-22, gündüz 27-32°, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz olacaq. Amma gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.