Gürcüstan təhlükəsizlik xidmətinin əməkdaşları Rusuyaya radioaktiv maaddə keçirməyə cəhddə şübhəli bilinən Ermənistan vətəndaşını saxlayıblar.
AzadlıqRadiosu erməni xidmətinin Gürcüstandakı mənbələrə istinadla verdiyi məlumata görə, o avtomobillə Rusiyaya keçmək istəyirimiş.
Baxış vaxtı onun maşınından 71 qram radioaktiv izotop (Toriy 232) maaddəsi tapılıb.
Tbilisi məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.
Həbs edilən Ermənistan vətəndaşının adı çəkilmir.
Onu 10 ilədək həbs gözləyir.