5 ton kol məhv edilib

Xaş-xaş kolları

Bu gün, iyulun 19-da Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində keçirilən son əməliyyatlarla bağlı açıqlama yayıb.

Məlumatda bildirilir ki, iyulun 5-də kompleks tədbirlər nəticəsində Lerik rayonunun Kömürköy ərazisində 15 hektardan 2 ton 680 kq xaş-xaş kolu aşkar edilərək yandırılma yolu ilə məhv edilib. Ağstafa rayonu Qarayazı ərazisindən isə 1 hektardan 2 ton 376 kq çətənə kolları aşkarlanaraq yandırılıb.

DSX həmçinin qeyd edir ki, həmin tarixdə Yardımlı rayonu Arvana kəndi yaxınlığında İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb: «Nəticədə sərhəd pozucuları polietilen paketdə qablaşdırılmış 935 qram marixuana və 1025 qram heroini hadisə yerində ataraq geri İran ərazisinə qaçıblar».