Dağlıq ərazilərə dolu düşə bilər

Yağış

İyulun 24-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti proqnozlaşdırılır.

İyulun 24-də Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təxmin edilir.