Mərkəzi Bank uçot dərəcəsini yenə azaldıb

AMB

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8.5 faizdən 8.25 faizə endirilməsi haqqında qərar qəbul edib.

Bu barədə bu gün, iyulun 26-da keçirdiyi mətbuat konfransında qurumun sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10.25, aşağı həddi isə 6.25 faiz (uçot dərəcəsinə ±2 faizlik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar iyulun 29-dan qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə sentyabrın 13-də baxmalıdır.

Xatırlama

AMB-nin İdarə Heyəti uçot dərəcəsini sonuncu dəfə bu ilin iyununda azaltmışdı. Onda uçot dərəcəsi 8.75 faizdən 8.5 faizə endirilmişdi.

Onda bir sıra müstəqil iqtisadçılar deyirdilər ki, uçot dərəcəsi aşağı salınsa da, bu, real sektorun kreditləşdirilməsındən ötrü yetərli deyil.