Qəzada xəsarət alanlar evə buraxılıb
İyulun 29-da Bakının Zirə qəsəbəsində qatarın taksi ilə toqquşması nəticəsində xəsarət alanlar xəstəxanadan evə buraxılıb.
Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, onlardan iki gəncə təcili tibbi yardımın qoyduğu ilkin diaqnoz da təsdiqini tapmayıb: «Qəza zamanı xəsarət alan 22-yaşlı qız və 20-yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb».
Səhiyyə Nazirliyindən qeyd edilib ki, xəsarət alanların vəziyyətləri normaldır.
+++
Bu gün, iyulun 29-da Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatarla taksi toqquşub.
Hadisə təxminən 12:30 radələrində baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ikisinin vəziyyəti çox ağırdır.
«Qəza zamanı xəsarət alan 22-yaşlı qızın və 20-yaşlı oğlanın vəziyyəti çox ağırdır, ikisi də kəllə-beyin travması diaqnozu ilə 3 saylı Xəstəxanaya yerləşdirilib. O biri iki nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib, onlardan biri xəstəxanaya yerləşdirilməsindən imtina edib», - P.Abubəkirov bildirib.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Xatırlatma
Ötən il oktyabrın 1-də isə Bakının Binə qəsəbəsində qatarla sərnişin avtobusu toqquşmuşdu. Həmin qəzada 2 nəfər ölmüş, 30-dan çox şəxs xəsarət almışdı.