Məktəblilər üçün müasir İnformatika sözlüyü çapdan çıxıb

Bakıda İKT sahəsində yeni kitab işıq üzü görüb.

Bu, «Məktəblilər üçün müasir İnformatika sözlüyü»nün artıq işlənmiş və əlavələr olunmuş 2-ci nəşridir.

Kitabın tərtibçisi İKT və sosial media üzrə mütəxəssis Rafiq Məmmədlidir. Kitabın qısa annotasiyasında belə yazılıb:

Bu qısa sözlük İnternet, kompüter, mobil telefon və İKT sahəsinə aid ən çox işlənən, ən vacib terminlərin ingiliscə açılışını və azərbaycanca qarşılığını, lazım olanda isə izahını verir.

Kitabda İKT üzrə ingiliscə ən aktual 2400 terminin toplanıb, bunlardan başqa beynəlxalq və coğrafi domenlərin adları və ən çox işlənən smaylların da açılışı verilib.

Orta məktəb şagirdləri, tələbə və müəllimlərlə yanaşı kompüterdə çalışan istənilən istifadəçi üçün faydalıdır.

Sözlüyün İnternetdə daha geniş pulsuz elektron versiyası da var.