41 dərəcə isti gözlənir

Günəş

İyulun 31-də Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı, cənub küləyinin əsəcəyi, axşam onun mülayim şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti proqnozlaşdırılır.

İyulun 31-də Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-17, gündüz 23-28 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 31-də Abşeron yarımadasında gilavar küləyinin üstünlük təşkil edəcəyi gözlənir. Bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.