Konqoda Ebolaya ikinci yoluxma qeydə alınıb

Qoma Baş Xəstəxanası

İyulun 30-da Konqonun 2 milyondan çox əhalisi olan Qoma şəhərində Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı bu ayın əvvəlində Konqoda fövqəladə vəziyyət elan edib.

2018-ci ilin avqustundan Konqoda yayılmış epidemiyada 1600-dən çox ölən olub.

Ölkədə irimiqyaslı kampaniya başladılıb, 75 milyon nəfər tibbi müayinədən keçirilib və sonucda virus Konqonun şimal-şərqində iki vilayətə – Şimali Kivu və İturiyə sıxışdırılıb. Qoma Şimali Kivunun paytaxtıdır, Rvanda ilə sərhəddə yerləşir.

Bu şəhərdə beynəlxalq aeroport var.

“AP” agentliyi yerli rəsmiyə istinadla Qomada aşkarlanmış iki yoluxma halı arasında əlaqə olmadığını bildirib.

ÜST-nin fövqəladə komitəsi iyulun 18-də bildirmişdi ki, epidemiyanın mümkün yayılmasının narahatedici əlamətləri var.

Ebola virusu sürətlə yayıla bilir, yoluxma hallarının 90 faizində ölümlə sonuclanır. Onun simptomları qızdırma, qusma, diarreya, əzələ ağrısıdır.

Vaksinlər 99 faiz səmərəli hesab olunur və 161 mindən çox adam peyvəndlə təmin olunub.