Meteohəssas insanlara xəbərdarlıq

Günəş

Avqustun 1-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz onun şimal-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da avqustun 1-də bir elə yağıntı gözlənmir. Lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 1-2-də Abşeron yarımadasında isti temperatur diskomfortu gözlənir. Bu da meteohəssas insanlara əlverişsiz hal kimi dəyərləndirilir.