Keçmiş polis əməkdaşı Rusiya üçün casusluqda şübhəli bilinir

Kiyevdə SBU-nun qərargahında

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) bildirir ki, ölkənin cənubundakı Zaporojye regionunda keçmiş polis əməkdaşı Rusiya üçün casusluqda şübhəli bilinərək saxlanıb.

İyulun 31-də yaydığı bəyanatda SBU adını açıqlamadığı keçmiş polis əməkdaşının həmin regionda “sosial, siyasi və iqtisadi vəziyyətlə bağlı informasiya yığdığını, mütəmadi olaraq Krıma getdiyini” və bütün bunların Rusiya 2014-cü ildə Krımı tutandan sonra baş verdiyini bildirir.

Krımda şübhəli “yığdığı məlumatları Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) təmsilçisinə təhvil verib”, – məlumatda deyilir.

SBU iyulun 18-də Ukraynanın mərkəzindəki Poltava regionundan oxşar ittihamla keçmiş polis əməkdaşının həbs olunduğunu bildirirdi.

Rusiya Krımı 2014-cü ilin martında tutub. Bu ilhaqdan öncə Ukraynanın moskvapərəst prezidenti Viktor Yanukovych Avromaydan etirazları nəticəsində devrilərək ölkədən qaçıb.

Rusiya Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. 2014-cü ilin aprelindən bu münaqişədə 13 mindən çox adam öldürülüb.