5 abituriyent imtahansız qəbuldan imtina edib

DİM

2019 ildə 5 abituriyent ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbuldan imtina edib. İmtinanın səbəbi açıqlanmır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

DİM-dən bildirildiyinə görə, həmin abituriyentlər müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini bildiriblər.

Bu il ümumilikdə 100 civarında abituriyentin belə bir imkan əldə etdiyi bildirilir.

Xatırlatma

Nazirlər Kabinetin qərarlarına əsasən, beynəlxalq, respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin, idman yarışların qalibləri və habelə beynəlxalq təhsil proqramlarından keçmiş abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.