Bəzi rayonlarda yağıntı gözlənir

Yağış

Avqustun 7-də səhər Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-24, gündüz 27-30, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da avqustun 7-də havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti təxmin edilir.