Dağlarda yanğında 3 nəfər həlak olub

Almatı regionunda yanğın

Qazaxıstanın ən böyük şəhəri olan Almatı yaxınlığındakı dağlarda böyük yanğın baş verib, 3 nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin avqustun 6-da yaydığı məlumata görə, iki yerli sakin və meşəbəyi bir gün öncə, Panfilov rayonunda yanğını söndürərkən həlak olublar.

Nazirlik Jarkent şəhərində yeddi nəfərin ağır yanıqla xəstəxanaya yerləşdirildiyini bildirir.

Taldi kəndi yaxınlığında yanğınsöndürmə əməliyyatının davam etdiyi vurğulanır.

Nazirlik yanğının səbəbi kimi aşırı isti hava şəraitini göstərib.