Vilnüsdə sinaqoq və yerli yəhudi icmasının qərargahı avqustun 6-da müvəqqəti bağlanıb, səbəb kimi “artan gərginlik mühiti” göstərilib. Məlumatı Litvanın Yəhudi İcması (LIC) yayıb.
İcma son günlər təhdidedici telefon zəngləri və məktublar aldığını bildirir. Son vaxtlar 2-ci Dünya müharibəsi dövründə nasist işğalı zamanı Litva rəsmilərinin rolu barədə qızğın ictimai müzakirə gedir.
LIC xatirəsi əbədiləşdirilmiş bəzi rəsmilərin nasistlərlə əməkdaşlıq etdiyini, digərlərinin isə antisemit baxışları olduğunu bildirir.
Son günlər hakimiyyət keçmiş rəsmilərdən birinin şərəfinə qoyulmuş lövhəni çıxarıb, başqa birinin adını olan küçəyə başqa ad verib və bu addımlar kəskin etiraza səbəb olub. LIC etirazların bəzi siyasətçilər tərəfindən qızışdırıldığını bildirir.
Litvanın Baş naziri Saulius Skvernelis avqustun 6-da təhlükəsizlik xidmətlərini “mümkün etnik nifrət elementlərini önləməyə” çağırıb.
2-ci Dünya müharibəsindən öncə Vilnüsün əhalisinin üçdə biri, 60 min nəfəri yəhudilərdən ibarət olub. İndi onların sayı cəmi 3 min nəfərdir.