Hərbi hissədə partlayışda iki nəfər ölüb

Krasnoyarskda yanmış ev

Rusiyanın şimal-qərbində yerləşən Arxangelsk regionunda hərbi hissədə partlayış və yanğın baş verib, iki nəfər ölüb, altı nəfər yaralanıb.

Nazirlik avqustun 8-də reaktiv mühərrik sınaqdan çıxarılarkən yanğın törəndiyini bildirir.

Regional hakimiyyət partlayış və yanğının Nyonoksa şəhərində baş verdiyini, yardıma fövqəladə tibbi birliklərin göndərdildiyini qeyd edir.

Nyonoksa Ağ dənizdəki Oneqa körfəzi sahilində yerləşir, Rusiya donanması sualtı qayıqlarda istifadə olunan ballistik raketləri burada sınaqdan çıxarır.

Bu, son üç gündə Rusiyada hərbi obyektdə ikinci belə partlayışdır.

Avqustun 6-da Sibirdəki Krasnoyarsk diyarında silah deposunda bir neçə partlayış olub, bir nəfər həlak olub, səkkiz nəfər yaralanıb.