Müsəlmanların həcc ziyarəti başlanır

Kəbə, 8 avqust, 2019-cu il

Yüzminlərlə müsəlman həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedib.

Builki ziyarətə İrandan gedən zəvvarların sayı artıb. Əvvəlki illər İran hökuməti ziyarəti boykot etmişdi. Səbəb isə 2015-ci ildə Məkkədə basabasda çoxu iranlı olmaqla 2 min 300 zəvvarın ayaq altda qalaraq ölməsi idi.

Bu il həccə dünyadakı 2 milyard müsəlmanın 2 milyonu gedir.

Həcc ziyarəti müsəlmanlığın beş əsas qaydasından sayılır və hər bir müsəlman səhhəti və maddi imkanı çərçivəsində həyatı boyu azı bir dəfə bu ziyarəti gerçəklədirməyə borcludur.

Müsəlmanlar Kəbə ətrafında yeddi dəfə dövrə vurur, ibadət edirlər.

İslamın müqəddəs yerlərinin qorunmasına, dinc həcc ziyarətinə Səudiyyə məsuliyyət daşıyır. Ancaq 2015-ci il faciəsindən savayı ötən illər bu ziyarət zamanı ölümlə nəticələnən yanğınlar, iğtişaşlar qeydə alınıb.