Olimpiadada Azərbaycan təmsilçiləri fərqlənmədi

Foto arxiv

Avqustun 10-da Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) bağlanış mərasimi keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Təhsil naziri, "IOI 2019"un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib.

Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş iştirakçıları mükafatlandırılıb. Olimpiada iştirakçılarının 28-i qızıl, 54-ü gümüş, 81-i bürünc medala layiq görülüb. Ən yüksək nəticə göstərmiş Amerika təmsiçisi Benjaçin Qİ-yə Təhsil naziri Ceyhun Bayramov qızıl medal təqdim edib.Yüksək nəticə göstərənlər arasında Azərbaycan təmsilçiləri olmayıb.

Mərasimdə növbəti ildə yarışın Sinqapurda keçiriləcəyi elan edilib.

Xatırlatma

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak ediblər.Beynəlxalq İnformatika Olimpiadası avqustun 5-də başlamışdı.