Moskvadakı mitinqdən sonra 250-dən çox aksiyaçı saxlanıb

Moskvada etiraz aksiyası 10 Avqust, 2019

Avqustun 10-da Moskvada keçirilən mitinqdən sonra 250-dən çox aksiyaçı saxlanıb.

Bu barədə OVD-İNFO məlumat verir.

Aksiyaçılar “Saxarov” meydanında mitinqdən dağılışdıqdan sonra saxlanıblar.

AzadlıRadiosu Rusiya xidmətinin məlumatına görə, saxlananlardan azı 4 nəfəri gecəni polis məntəqəsində keçirib,qalanları isə az sonra sərbəst buraxılıb.

Hüquq-mühavizə orqanlarının əməkdaşları köhnə meydandan prezident aparatına gedən yolu bağlayıblar.

“Meduza” saytının məlumatına görə, icazəli mitinqdən sonra prezident administrasiyasına doğru “gəzintidə” 1500-dək adam iştirak edib.

Amma polis prezident sarayına gedən bütün yolları bağlayıb.

Onlardan bəziləri Putin əleyhinə şüarlar səsləndiriblər.

Ümumilikdə isə ölkəboyu keçirilən etiraz aksiyalarında 350-dən çox adam saxlanıb.

Təkcə Sankt-Peterburqda 79 adam saxlanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Polislər müxalifət fəalı Lyubov Sobolun ofisinə qapını sındıraraq girdilər

Qeyd edək ki, avqustun 10-da Rusiyada müstəqil namizədlərin Moskva bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq aksiyalar keçirilib.

“Ağ sayğac” ın məlumatına görə, təkcə Moskvanın “Saxarov” meydanında keçirilən aksiyada 50 mindən çox adam iştirak edib.