Bu gün, avqustun 12-də Azərbaycanda Qurban bayramı qeyd edilir.
İslam qaydalarına görə, bu bayramda hər bir müsəlman ailə qoyun (qoç), dəvə və ya keçi kəsməlidir. Heyvanlara tələbatın artması, hər il olduğu kimi, bu bayramda da onların qiymətlərinə təsir göstərib.
Hazırda paytaxt Bakı və ona qonşu yaşayış məntəqələrindəki əksər satış yerlərində həm diri heyvan, həm də kiloqramla ət almaq mümkündür. Satışa çıxarılan heyvanların əksəriyyəti qoyunlardır. Qiymətlər isə çəkidən asılı olaraq dəyişir. Qoyunlar 150-220 manata təklif edilir. Kiloqramla quzu əti 14 manata satılır. Halbuki, bayram ərəfəsində paytaxt Bakıda quzu əti, əsasən, 13 manata satılırdı.
İndi dana ətinin kiloqramı isə 11-13 manat arasında dəyişir.
Alıcılar dana ətinin qiymətlərində də müəyyən artım olduğunu bildirirlər.