Avqustun 15-də səhər Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyinin əsəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-24, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında isə yağıntı gözlənmir. Lakin bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təxmin edilir.