Prezident Elçin Quliyevə orden verdi

E.Quliyev

E.Quliyev

Bu gün, avqustun 16-da prezident İlham Əliyev Azərbaycan sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) bəzi hərbi qulluqçularını təltif edib.

Dövlət başçısı DSX-nin rəisi Elçin Quliyevə 1-ci dərəcəli «Rəşadət» ordeni verib.

DSX-nin daha 3 əməkdaşı da 3-cü dərəcəli «Rəşadət» ordeni ilə təltif edilib.

Ümumilikdə Xidmətin 90-a qədər əməkdaşı mükafatlandırılıb.

DSX-dan bəzilərinin rütbəsi də artırılıb. General-mayorlar Abbas Xəlilov Ehram Hacıyevə general-leytenant hərbi rütbəsi verilib. Polkovnik Ramin Bağırov da general-mayor olub.

İki 1-ci dərəcəli kapitan rütbəsi daşıyan şəxsə də kontr-admiral hərbi rütbəsi verilib.

Amma son aylar sosial şəbəkələrdə DSX-nin rəisi E.Quliyevlə bağlı tənqidi statuslara da tez-tez rast gəlmək mümkündür. Azərbaycan sərhədçilərini müxtəlif olaylarda öz vəzifə borclarını layiqincə yerinə yetirməməkdə günahlandıraraq, buna görə E.Quliyevi tənqid edənlər də var. Hərçənd, DSX rəsmiləri belə tənqidləri qəbul etmirlər.