Ghani toya hücumu pisləyir

Toyda öldürülənlərin dəfni

Ashraf Ghani İslam Dövləti qruplaşmasının təhlükəsiz sığınacaqlarının hamısını “məhv edəcəyini” deyir. Avqustun 17-də Kabildə toy mərasiminə hücumda azı 63 nəfər öldürülüb, 200-dək adam yaralanıb.

“Dinc sakinlərin tökülən hər damla qanına görə intiqam alacağıq. İD-ə qarşı mübarizəni davam etdirəcək, qisas alacaq, onların kökünü kəsəcəyik”, – Ghani avqustun 19-da ölkəsinin Britaniyadan müstəqilliyinin 100-cü ildönümündə söyləyib.

Ashraf Ghani, arxiv fotosu

ABŞ-ın sülh elçisi Zalmay Khalilzad Twitter-də “dəhşətli hücumu” pisləyib.

“Əfqanlararası danışıqlar daxil olmaqla Əfqanıstan Sülh Prosesini sürətləndirməliyik. Burada uğur əfqanları İD-i məğlub etməkdə daha güclü mövqeyə çıxaracaq”, – o, tivitində yazıb.

BMT-nin bu ilin əvvəlində bildirməsinə görə, son 20 ildə Əfqanıstanda 32 mindən çox dinc sakin öldürülüb. Ötən 927 uşağın öldürüldüyü bildirilir.

***

ABŞ-ın Dövlət katibi Mike Pompeo isə Əfqanıstanın müstəqilliyinin 100 illiyi münasibətilə təbrik məktubunda Kabildə toya hücumu pisləyib.

“Təəssüf ki, Əfqanıstanın 100 illik tarixi münaqişələrlə dolu olub. Bu həftəsonu Kabildə toy zalına hücum bəşəriyyətə qarşı hücumdur”, – mesajda deyilir.

***

Əfqanıstan Prezidenti Ashraf Ghani Kabildə toya hücumu “barbar” hərəkəti adlandırıb və növbədənkənar təhlükəsizlik iclası çağırıb. Hücum zamanı azı 62 nəfər öldürülüb, 182 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti radikal İslam Dövləti (İD) qruplaşması götürsə də, ölkə rəsmiləri, hələlik bu haqda bəyanat verməyib. Bundan öncəki bəzi partlayışlara görə İD məsuliyyət götürsə də, təsdiqlənməmişdi.

Kabilin qərbində bir oteldə təşkil olunmuş toy mərasiminə hücumu şübhəli intiharçının təşkil etdiyi bildirilir. Bu, 2019-cu ildə Kabildə ən çox ölümlə nəticələnmiş hücumdur.

Talibanın sözçüsü Zabihullah Muajahid WhatsApp mesajlaşma əlavə vasitəsilə hücumu pisləyib.

Ancaq Ghani bu qruplaşmanın bu hücum üçün azından məsuliyyət daşıdığını bildirib.