Günəşli hava gözlənir

Günəş

Avqustun 20-də Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı, şimal-şərq küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 32-37, Bakıda gecə 21-23, gündüz 35-37 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti təxmin edilir.