Pakistan hökuməti mübahisəli Kəşmir regionundakı təmas xəttində Hindistan tərəfin açdığı atəşdən iki dinc sakinin öldüyünü, birinin yaralandığını bildirir.
Bu mübahisəli Himalay regionunda Hindistanla Pakistan arasında tez-tez atışma baş verir, ancaq avqustun 5-dən gərginlik artıb, çünki Nyu Dehli Kəşmirin öz nəzarətində olan hissəsinin xüsusi statusunu ləğv edib, İnternet və telefon xidmətlərini kəsib.
Hər iki ölkə Kəşmirin ona məxsus olduğunu iddia edir.
Pakistanın Xarici İşlər Nazirliyi Hindistan səfirini çağıraraq davamlı atəşkəs pozuntularına görə rəsmi etiraz təqdim etdiyini bildirib.