Səfirin saatını oğurlamaq istəyiblər

İspaniya Kralı VI Felipe (sağda) Humayoon Rasaw-nun (solda) etibarnaməsini qəbul edir

Əfqanıstanın İspaniyadakı səfiri avqustun 18-də Barselonada xuliqanlıq hücumuna məruz qalıb. Bu, İspaniyanın bu Aralıq dənizi limanında baş vermiş ən son yüksək profilli oğurluq hadisəsidir.

Humayoon Rasaw şəhərin mərkəzində hücuma məruz qalıb, qol saatını oğurlamaq üçün onu yerə yıxıblar. Açıqlamanı polisin sözçüsü verib.

Əfqanıstanın milli bayramını qeyd etmək üçün Barselonaya getmiş Rasaw qıçından xəsarət alıb, ancaq durumu “yaxşıdır”, Madriddəki səfirlikdən bildiriblər.

İspaniyanın “El Periodico” qəzeti yazır ki, səfirin saatının qiyməti 17 min avro (18 min 850 dollar) olub.

Avropanın turist mərkəzlərindən olan Barselonada cinayətlərin sayı kəskin artıb, əcnəbilərin başına gələn əhvalatlar isə qlobal xəbər başlıqlarına çıxır.

İyunun sonunda Cənubi Koreya hökumətinin nümayəndə heyətinin tərkibinin qadın üzvü hücuma məruz qalıb. Onun pul kisəsini dartmaq istəyəndə yıxılıb, başından ağır xəsarət alıb, dünyasını dəyişib.

Bu ayın əvvəlində bir çinli gecə klubu qarşısında davada ölüb.

İspaniyanın ikinci böyük şəhəri, 1,6 milyon nəfər əhalisi olan Barselonada iyuldan bəri səkkiz qətl törədilib. Bu, Avropada cinayətkarlığın ən aşağı səviyyəsi ilə tanınan İspaniya üçün böyük rəqəmdir.