Separatçı Abxaziya bölgəsində prezident seçirlər

Abxaziya

Gürcüstanın separatçı Abxaziya bölgəsində seçkilər keçirilir. Avqustun 25-də buranın seperatçı lideri Raul Khadzhimba daha səkkiz namizədlə birgə prezidentlik üçün mübarizə aparırş

Seçki rəsmiləri deyib ki, artıq 116 min nəfər səsvermək üçün qeydiyyatdan keçib.

Tbilisi, eləcə də, qərb dövlətləri Gürcüstanın digər seperatçı bölgəsi Cənubi Osetiyada keçirilən seçkiləri də qanunsuz adlandırmışdı.

Rusiya 2008-ci ilin yayında Gürcüstanla qısa müharibədən sonra, onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb. Bu bölgələrinin müstəqilliyini bir neçə dövlət tanıyıb.
Rusiya hələ də öz qoşunlarını bu bölgələrdə saxlayırş