İranda qadınlara futbol üzrə dünya çempionatının seçmə mərhələsini stadionda izləmələrinə icazə veriləcək. Bunu İranın İdman nazirliyi bildirib.
“Qadınlar oktyabrın 10-da Kambocaya qarşı seçmə oyunu izləmək üçün asadi stadionuna girə biləcəklər”-deyə İranın idman naziri Jamshid Taghizadeh avqustun 25-də İRNA agentliyinə bildirib.
Bu ilin iyununda FİFA prezidenti Gianni Infantino İranın futbol federasiyasına məktub göndərərək bildirmişdi ki, qadınların stadionlara girişi üçün “konkret addımlar” atılmalıdır. Əgər İran bunu etməsə sanksiya ilə üzləşə bilər. Ancaq İnfantio onun tələbini qulaqardına vurularsa İrana qarşı hansı addımların atılacağını deməyib.
Fəallar və müstəqil idman şərhçiləri isə təklif etmişdilər ki, Asiyanın ən yaxşı yığmalarından olan İran millisinə qarşı cəza tədbirləri görülməsini, hətta millinin 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kubokunda iştirakdan kənarlaşdırılmasını təklif ediblər.
İranda qadınların futbol stadionlarına getməsi 1979-cu il İslam İnqilabından bəri qadağan olunub.
Mühafizəkar ruhanilər iddia edirlər ki, qadınlara stadion qadağası onların orada söyüş və nalayiq sözlər eşitməmələri, habelə “yarıçılpaq” kişiləri görməmələri üçün qoyulub.
İnsan haqları təşkilatları isə bildirirlər ki, bu qadağan İslam Respublikasında cinsi ayrıseçkiliyin mövcud olmasının təzahürüdür.