İran kosmosa raket buraxmağa ‘hazırlaşır’

Imam Khomeini Kosmik Mərkəzi, 15 yanvar, 2019-cu il

İran bu il kosmosa üçüncü dəfə raket buraxmağa cəhd göstərə bilər. NPR bu haqda Planet kommersiya şirkətindən əldə etdiyi peyk təsvirinə əsasən xəbər verir.

Avqustun 24-də çəkilmiş fotoda İranda Imam Khomeini Kosmik Mərkəzində raketburaxma meydançasının mavi rəngə boyandığı görünür.

Bundan öncəki cəhd alınmayandan sonra həmin meydança yanğın yeri kimi görünürdü, qalıqlarla örtülmüşdü.

Digər fotoda yaxınlıqdakı İranın raket yığdığı binada maşın hərəkətləri qeydə alınıb.

İranın Mehr agentliyi yazırdı ki, 2020-ci ilin martınadək İranın fəzaya buraxmağa üç peyki hazır ola bilər. Mehr kommunikasiya peykinin buraxılmağa hazır olduğunu xəbər verirdi.

Yanvarda və fevralda raket buraxma cəhdləri iflasa uğrayıb. Yanvardakı cəhddən sonra Birləşmiş Ştatlar bəyan etmişdi ki, İranın kosmik raketləri ölkənin ballistik raket proqramını irəli aparır.