Leysan və dolu düşə bilər

Yağış

Avqustun 29-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.

Avqustun 29-da Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Şimal və şərq rayonlarına isə leysan və dolu düşəcəyi ehtimalı var. Gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təxmin edilir.