Rusiyayla Türkiyə hərbi təyyarə məsələsini müzakirə ediblər

Vladimir Putin (solda) və Recep Tayyip Erdogan Sukhoi Su-57 qırıcısına baxış keçirir

Rusiyayla Türkiyə Ankaraya Rusiya istehsalı olan Sukhoi Su-57 qırıcısı və Su-35 təyyarəsi satmağın mümkünlüyünü araşdırır. Açıqlamanı Rusiya rəsmisi verib.

Moskva bu ildən Ankaraya S-400 raket sistemləri göndərməyə başlayıb. Bu razılaşma Ankaranın NATO müttəfiqləri ilə münasibətlərini gərginləşdirib.

Birləşmiş Ştatlar bu sazişdən qəzəblənərək Türkiyəni F-35 qırıcıları proqramından çıxarıb. Ankara da bu qırıcılardan almağı planlaşdırırdı.

Rusiyanın Federal-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitry Shugaev deyib ki, avqustun 28-də türkiyəli həmkarı ilə S-400 raketdən müdafiə sistemini, həmçinin “Su-35 və Su-57-nin mümkün çatdırılmasını” müzakirə etməyi planlaşdırır.

Prezident Recep Tayyip Erdogan-ın avqustun 27-də bildirməsinə görə, Türkiyə Rusiyayla müdafiə sənayesi əməkdaşlığını davam etdirmək istəyir. O, açıqlamanı rusiyalı həmkarı Vladimir Putin-lə danışıqlardan sonra verib.