“The Diplomat” portalında Revaz Topuria Gürcüstanın Çinin Kəmər və Yol Təşəbbüsündəki rolundan yazır. Müəllif qeyd edir ki, 2015-ci ildə bir dönəmdə Gürcüstanın bu təşəbbüsdə vacib rol oynaya biləcəyi görünürdü. Çin tərəfi Gürcüstan hökumətindən xahiş etmişdi ki, azad ticarət sazişi üzrə danışıqlara başlasınlar və bu, şok yaradan bir hadisə idi. Sonucda Gürcüstan bazarının 96,5 faizini Çin malları üzünə açdı, Çin isə Gürcüstandan şərab, mineral su, meyvə, çay, ümumilikdə ixrac mallarının 94 faizinə rüsumu qaldırdı.
Buna da bax: Zelensky: Xalqın qulluqçusu, yoxsa Millətin atası? – Qərb mediasıMüəllif Çin üçün əhəmiyyətli infrastruktur layihələrin də qurulduğunu vurğulayır. 2017-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun açılışına Çin rəsmiləri də qatılıb və bu, 45 günlük yolu iki həftəyə reallışdırmağa imkan verən BTQ-nın vacibliyini göstərib. Di gəl, məqalədə diplomatik bal ayının çox çəkmədiyi, real nəticələr vermədiyi vurğulanır.
“Çin-Gürcüstan münasibətləri hə iki tərəfin udmasını nəzərdə tutan strategiyaya əsaslanırdı. Gürcüstan Çini Kəmər və Yol Təşəbbüsündə kömək göstərməyin əvəzində daha çox iş yerləri, infrastruktur layihələri, daha artıq birbaşa xarici sərmayə, ümumi iqtisadi artım gözləyirdi. Azad ticarət sazişi bu məqsədlərə çatılmasında ilk addım hesab olunurdu, ancaq bu sazişlər təkbaşına möcüzə yarada bilməz. Sazişin böyük potensialı var, amma əlavə birbaşa xarici sərmayə qoyulmasa, Çin tərəfi diqqətini artırmasa, çox iş görə bilməz. Razılaşmanın ilk ili bu iddianı təsdiqləmiş olur. 2018-ci ildə Gürcüstanla Çinin ticarət dövriyyəsi cəmi 10 faiz artıb, 2017-ci ildə artım 29 faiz idi. 2013-2017-ci illərdə Gürcüstandan ixrac illik ortalama 58 faiz artıb, 2018-ci ildə isə 2 faiz azalıb. 2015-2017-ci illərdə ortalama 65 faiz artan şərab ixracı 2018-ci ildə 3 faiz azalıb. Ötən il Çinin bu ölkəyə sərmayəsi 62 faiz artaraq 65 milyon dollara çatıb. Di gəl, 2014-cü ildə Çin Gürcüstana 220 milyon dollar yatırmışdı”, – məqalədə deyilir.
Buna da bax: İran müxalifəti rejimin çöküşünə hazırdırmıMüəllif Çinin Gürcüstana başqa bir cəbhədə kömək edə biləcəyini yazır. Kəmər və Yol Təşəbbüsü uğurla həyata keçirilsəydi, Çin Gürcüstan üçün şimal qonşusuna qarşı təhlükəsizlik qarantı yolunu oynardı, Rusiyaya diplomatik təzyiq göstərə bilərdi. “Ancaq Rusiyanın Gürcüstandakı son hərəkətlərinə baxsaq, Xi Jinping-in Kremldəki dostları ilə danışmağa tələsmədiyini söyləmək olar”, – müəllif qeyd edir.