Honq Konq polisi fəallar Joshua Wong və Agnes Chow-ya polis qərargahı qarşısındakı nümayişdə roluna görə ittiham irəli sürəndən sonra zaminə buraxıb.
Məlumatı avqustun 30-da fəalların siyasi partiyası olan Demosisto yayıb.
Partiyanın bildirməsinə görə, 22 yaşlı Wong metrostansiyasına gedərkən “zorla özəl mikroavtobusa oturdulub”.
“Biz, Honq Konq xalqı bu ağ terror və ədalətsizlikdən qorxaraq təslim olmayacağıq”, – Chow buraxılandan sonra Twitter-də yazıb.
Hər iki fəal başqalarını qanunsuz yürüşdə iştiraka təşviq etməkdə, qanunsuz yığıncaqda iştirakda ittiham olunur. Bu ittihamlar üzrə beş ilədək həbs cəzası kəsilə bilər.
Demosisto-nun baş katibi olan Wong həm də avqustun 21-də polis qərargahı qarşısında 21 avqust nümayişinin təşkilində ittiham olunur.
Honq Konqda iyunda başlanan antihökumət etirazları hər həftəsonu keçirilir, demokratiya tələbləri səsləndirilir. Yürüşlər zamanı yüzlərlə saxlanan olub.