Bu gün, sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə «Eternity-2019» kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində gerçəkləşən təlimdə üç ölkənin hərbi bölmələri, aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra etməlidirlər.
Nəzəri və praktiki hissədən ibarət olan təlim sentyabrın 6-dək davam etməlidir.
Bundan əvvəl 3 ölkə hərbi qulluqçularının «Eternity-2018» təlimi Türkiyədə, «Eternity-2017» təlimi isə Gürcüstanda keçirilib.