ABŞ Gürcüstana yeni səfir təyin edir

Ian Kelly

Peşəkar diplomat Kelly Degnan Birləşmiş Ştatların Gürcüstana yeni səfiri təyin olunub. Bu post 2018-ci ilin martından boş idi.

Degnan hazırda ABŞ-ın Avropa və Afrikada Donanma Qüvvələri komandirinin siyasi müşaviridir.

Gürcüstanın ABŞ-la diplomatik münasibətləri 1992-ci ildə, Sovet İttifaqından ayrılandan sonra başlanıb. Vaşinqton Gürcüstanın müttəfiqidir, demokratik islahatları və iqtisadi inkişafı üçün onu texniki yardımla təmin edib.

Kaliforniyadan olan Degnan 25 ildir diplomatiyada sahəsindədir, İtaliya, Kosovo, Əfqanıstan və Türkiyədə aparıcı diplomatik vəzifələrdə çalışıb.

O, Dövlət Departamentində icraedici katibin müavini, ABŞ-ın NATO-dakı missiyasında siyasi müşavir, dövlət katibinin xüsusi köməkçisi işləyib.

Degnan italyanca, fransızca, türkcə və urdu dillərində danışır.

2015-ci ilin sentyabrından 2018-ci ilin martınadək ABŞ-ın Gürcüstanda səfiri Ian Kelly olub.