Sentyabrın 4-də Rusiyanın Uzaq Şərqdə yerləşən Vladivostok şəhərində Rusiya Prezidenti Vladimir Putin hindistanlı həmkarı Narendra Modi ilə görüşüb. Hər iki lider burada üçgünlük iqtisadi forumda iştirak edir.
Modi sentyabrın 4-də Vladivostoka çatandan sonra onlar tərsanəyə də baş çəkiblər.
2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Qərb Ukraynaya sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya isə 2015-ci ildən bəri Asiyadan sərmayə və əməkdaşlıq cəlbi məqsədilə Şərq İqtisadi Forumunu təşkil edir.
Builki foruma Yaponiyanın Baş naziri Shinzo Abe, Monqolustan Prezidenti Khaltmaa Battulga, Malayziyanın Baş naziri Mahathir Mohamad da qatılır.
Çin, Cənubi Koreya, Sinqapurdan da nümayəndə heyətləri gözlənir.
Təşkilatçılar ötən il forumda dəyəri 46 milyard dollardan artıq 220 razılaşma imzalandığını bildirib.