Bəzi yerlərdə leysan gözlənir

Yağış

Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Cənub-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi ehtimalı var. Gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təxmin edilir.