Polis Navalny-nin ofislərində reyd keçirib

Navalny-nin ofisində təlim

Sentyabrın 5-də Rusiyanın güc strukturları Kremlin tənqidçisi Aleksei Navalny-nin Antikorrupsiya Fondunda, onun “Navalny Live” televiziya studiyasında, Moskvadakı siyasi qərargahında reyd keçiriblər. Məlumatı Navalny-nin özü və dostları sosial mediada paylaşıb.

Üç nəfərin polis məntəqəsinə aparıldığı, daha sonra heç bir açıqlama vermədən buraxıldığı bildirilir.

Milli qvardiyaçılar Navalny-nin siyasi qərargahına girəndə, orada seçki müşahidəsi üzrə mühazirə oxunurmuş. TV studiyasında isə Navalny canlı efirdə “smart səsvermə” barədə danışacaqmış.

Bu reydlər Moskvada Duma seçkilərindən üç gün öncə keçirilib. Seçkiyə müstəqil və müxalifət namizədlərinin buraxılmaması Rusiyada etirazlara səbəb olub.